Saat:08:12
Haqqımızda

"Hər ay kartımızdan 5 man 34 qəpik pul çıxılır" - Telefonla abunə olduğumuz proqram haqda AÇIQLAMA

2024-02-12 16:43:02

İnsanların çoxunun istifadə etdiyi proqramlardan biri də "Getcontact"dır. Bu proqrama abonə olduqdan sonra onu ləğv etmək asan deyil və hər ay vətəndaşların kartından 5 man 34 qəpik pul çıxır.

Bəs bu proqramı istifadə edərkən nələrə diqqət etməliyik?

Hurriyyet.az xəbər verir ki, mövzu lə bağlı sfera.az-a danışan İnformasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, bu proqramın premium versiyasının təqdim etdiyi bir sıra xidmətlər var.

“İnsanlar premium vasitəsilə "Getcontact"da nömrələrini kimin axtarışa verdiyini və etiketlərinə kimin baxdığını rahatlıqla görə bilir. Bu tip proqramlar, əsasən, kommersiya məqsədilə yaradılır. Premium versiyanı aktivləşdirmək üçün kart hesablarımızı daxil edirik. Məhz bu baxımdan, proqram kiberhücumların hədəfinə çevrilib”.

Mütəxəssis qeyd edib ki, proqramı yüklədikdən sonra kontaktlara giriş icazəsi istəyir.

“Bu icazəni təsdiq etməzdən əvvəl, giriş icazəsi gözdən keçirilməli və bu tətbiqlər üçün zəruri olmayan icazələr verilməməlidir. Bu tip proqramların istifadəsi zamanı xüsusilə diqqətli olmaq lazımdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.243484