Həmin yanğında əli olanların 1998 ilə kimi həbsi tələb olundu
2025-05-30 19:32:32

Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” Xizək Mərkəzində hoteldə baş verən yanğınla bağlı hazırlanan iddianamə qəbul edilib.
Bu haqda Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, sənəddə hotel yanğını səbəbilə saxlanılan 13 şübhəlinin 1998 ilə qədər, 19-nun isə 22 il 6 aya qədər həbs tələbi yer alıb.
Qeyd edək ki, sözügedən yanğın bu ilin yanvarında baş vermişdi. Yanğında 78 nəfər həlak olmuşdu. \\Qafqazinfo.az
