HƏMAS razılaşmaya doğru addım atıb
2024-01-26 10:09:33
Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Fələstinin HƏMAS təşkilatının rəhbərliyi İsrail ilə əsir mübadiləsinə razı olduqlarını bəyan edib. Həmçinin, hərəkatın BMT-nin Beynəlxalq Məhkəməsinin atəşkəslə bağlı istənilən qərarının icrasına hazır olduğu bildirilib.
Rəhbərliyin üzvlərindən biri olan Üsəma Həmdan deyib: "İsrail bizim əsirlərimizi azad edərsə, HƏMAS da girovları azad edəcək".
Hürr Tərcüman