Saat:12:10
Haqqımızda

HƏMAS lideri İsraillə danışıqlardan imtina edib - İSRAİL MEDİASI

2023-11-16 14:01:29

HƏMAS lideri İsraillə danışıqlardan imtina edib - İSRAİL MEDİASI

HƏMAS hərəkatının lideri Yəhya Sinvar İsrail hərbçilərinin Əl-Şifa xəstəxanasındakı hərəkətlərinə görə İsraillə danışıqlardan imtina edib. Hurriyyet.az xəbər verir ki, bu barədə İsrailin “Yediot Ahronot” qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, çərşənbə günü Sinvar qəflətən Qətər vasitəçiləri ilə danışıqları dayandıraraq, İsrail hərbçiləri Əl-Şifa xəstəxanasında qaldığı müddətcə danışıqları davam etdirməyəcəyini bildirib. HƏMAS-ın bu məsələ ilə bağlı mövqeyi şərhsiz olaraq qalır.

Nəşr həmçinin qeyd edib ki, girovların azad edilməsi ilə bağlı mövcud saziş layihəsinə əsasən, yaraqlılar onları bir neçə gün ərzində ayrı-ayrı partiyalarla azad edə biləcəklər. Qəzet qeyd edir ki, bu, Sinvara bir gün bəzi israilliləri azad etmək, digər gün isə onlardan heç birini buraxmamaq imkanı verəcək, eyni zamanda atəşkəsi qoruyub saxlayacaq.

Ülviyyə ŞÜKÜROVA

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.594084