Saat:07:26
Haqqımızda

HƏMAS İsraillə atəşkəsin birinci mərhələsinə razılıq verməyə hazırdır - KİV

2024-05-04 22:29:23

HƏMAS İsraillə atəşkəsin birinci mərhələsinə razılıq verməyə hazırdır - KİV

Fələstinin "HƏMAS" hərəkatı hətta daimi atəşkəs zəmanəti olmasabelə, İsraillə təklif olunan nizamlama sazişinin birincimərhələsinin həyata keçirilməsinə razılıq verməyə hazırdır.

Bu barədə "The Times of Israel" nəşri mənbələrəistinadən bildirib.

"HƏMAS ilk dəfə olaraq hərbi əməliyyatlara son qoyulmasızəmanəti olmadan birinci mərhələnin başlanmasına razılıq verməyəhazır olduğunu nümayiş etdirdi", - deyə qeyd olunub.

Ərəb KİV-ləri bildiriblər ki, Qahirədə keçirilən danışıqlardaMisirin təklif etdiyi atəşkəs sazişi müzakirə olunub. Birincimərhələnin 40 günə qədər davam edəcəyi və Qəzza zolağındasaxlanılan 128 girovdan ən azı 33-nün fələstinli girovlarmüqabilində azad ediləcəyi gözlənilir. Bundan əlavə, birincimərhələ İsrail Müdafiə Qüvvələrinin anklavın bəzi hissələrindənçıxarılmasını nəzərdə tutur.

Yaxın Şərq mediası mənbələrə istinadən yazıb ki, tərəflərrazılıq əldə etməyə yaxındırlar, HƏMAS Misirin təkliflərinə “yaxınsaatlarda” cavab verəcək. \\Trend

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.000098