Saat:01:13
Haqqımızda

HƏMAS-ın 5 yüksək vəzifəli üzvü öldürüldü

2025-11-23 00:16:21

HƏMAS-ın 5 yüksək vəzifəli üzvü öldürüldü

İsrail ordusu Qəzzada HƏMAS-ın beş yüksək vəzifəli üzvünü öldürüb.

Bu barədə İsrail Baş naziri Benyamin Netanyahunun ofisi məlumat yayıb.

“HƏMAS İsrail ordusunun əsgərlərinə hücum etməsi üçün əraziyə terrorçu göndərərək atəşkəsi yenidən pozdu. İsrail isə cavab olaraq beş yüksək vəzifəli HƏMAS üzvünü öldürdü”, - deyə məlumatda bildirilib.

Qeyd edik ki, İsrail Qəzzanın müxtəlif ərazilərinə hücumlar həyata keçirib. \\Axar.Az