“HƏMAS ilə Şimali Koreya arasında heç bir əlaqə görmürük”
2023-11-08 23:30:42

ABŞ Fələstinin radikal HƏMAS hərəkatı ilə KXDR arasında heç bir əlaqə görmür.
Bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq deyib.
"Biz HƏMAS ilə Şimali Koreya arasında heç bir əlaqə görmürük. Onlar ayrı-ayrılıqda öz regionlarına və milli təhlükəsizliyimizə müxtəlif təhlükəsizlik təhdidləri yaradır, lakin HƏMAS və Şimali Koreya arasında heç bir əlaqə görmədim. Biz buna nəzarəti davam etdirəcəyik" deyə pentaqon rəsmisi qeyd edib. \\32gun.az
