Həm göllər qorunacaq, həm də elektrik istehsal ediləcək

2021-09-14 13:41:00

Həm göllər qorunacaq, həm də elektrik istehsal ediləcək

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi “üzən günəş panelləri” layihəsini gündəmə gətirib. Burdur gölündə 100 kvadratmetr sahəyə malik, 2,2 metr dərinliyində dörd hovuz yaradılıb. Pilot layihənin həyata keçirdiyi Burdur gölündə üzən günəş panellərinin buxarlanmanı 54,76 faiz azaltdığı bildirilir. 

Təcrübənin uğurla nəticələnəcəyi halda su itkisinin, quraqlığın qarşısının alınması və milyardlarla lirəlik elektrik enerjisi istehsal eləmək üçün üzən günəş panellərindən kütləvi şəkildə istifadə ediləcək.