Helikopterlə toqquşan təyyarə 2 yerə parçalandı
2025-01-30 10:30:51

Vaşinqton səmasında sərnişin təyyarəsi hərbi helikopterlə toqquşma nəticəsində iki yerə parçalanıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə “Nyu York Post” nəşri məlumat yayıb.
Qeyd olunub ki, təyyarə Potomak çayında təxminən 2 metr dərinliyə batıb.
Axtarış-xilasetmə işləri davam edir.
Qeyd edək ki, təyyarədə 60 sərnişin və 4 ekipaj üzvü, helikopterdə isə ən azı 3 hərbçi olub. Hazırda 19 nəfərin həlak olduğu məlumdur.
Axar.az
