Saat:14:26
Haqqımızda

Helikopterin qəzaya uğraması nətcəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb - TAM SİYAHI

2021-11-30 16:15:00

Helikopterin qəzaya uğraması nətcəsində 14 nəfər həlak olub, 2 nəfər yaralanıb - TAM SİYAHI

Dövlət Sərhəd Xidmətini (DSX) hərbi helikopterinin qəzaya düşməsi nəticəsində ölənlərin sayı açıqlanıb.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, DSX-nin rəisi müavini İlham Mehdiyev qəza nəticəsində 14 nəfər həlak olduğunu, 2 nəfərin yaralandığını bildirib.

Noyabr ayının 30-da Dövlət Sərhaəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqo­nunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində aşağıdakı hərbi qulluqçular həlak olmuşlar:

polkovnik Cavadov Fizuli Əli İbram oğlu; polkovnik-leytenant Nəzirov Emil Nəzir oğlu; mayor Həsənov Elmir Mircəlil oğlu; mayor Əhmədov Elbrus Səmrəddin oğlu; mayor Mayılov Emil Şahid oğlu; mayor Məmmədov Murad Yaşar oğlu; mayor Əliyev Emil Elman oğlu; tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; kapitan Bayramlı Cavid Əhliman oğlu; kapitan Əliyev Xəyyam Əlixan oğlu; kapitan Qaraisayev Teymur Ənvər oğlu; leytenant Süleymanov Abdulla Telman oğlu; baş leytenant Nağıyev Fərid Təyyar oğlu; işçi Nəbiyev Elçin Fikrət oğlu.

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlukapitan Ədilov Ramin Ramiz oğlu yaralanmışlar.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR