Saat:02:44
Haqqımızda

Helikopter qəzasında həlak olan hərbçilərimizin cənazələri ailələrinə təhvil verilir - FOTO/VİDEO

2021-12-01 10:54:00

Helikopter qəzasında həlak olan hərbçilərimizin cənazələri ailələrinə təhvil verilir - FOTO/VİDEO

Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin qəzaya uğrayan helikopterində şəhid olan 14 nəfərin nəşi ailələrinə təhvil verilir.

Hurriyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, şəhidlərlə vida mərasimi keçiriləcək.

 

***

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində həlak olanların nəşləri bu gün ailələrinə təhvil veriləcək.

Hazırda onların yaxınları Səhiyyə Nazirliyinin Bakıda yerləşən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin qarşısındadır.

Qeyd edək ki, noyabrın 30-u hərbi helikopterin Xızı rayonu ərazisində qəzaya uğraması nəticəsində 14 nəfər həlak olub, iki nəfər yaralanıb.

Baku TV-nin videosunu təqdim edirik:

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR