Saat:14:44
Haqqımızda

HELİKOPTER QƏZASI HAQDA YALAN XƏBƏRLƏRİN YAYILMASI... - “Belə vəziyyətlərdə ictimai fikrin çaşdırılması məqsədilə dezinofrmasiya yayan mənbələr çox fəallaşır...”

2021-12-01 17:03:00

HELİKOPTER QƏZASI HAQDA YALAN XƏBƏRLƏRİN YAYILMASI... - “Belə vəziyyətlərdə ictimai fikrin çaşdırılması məqsədilə dezinofrmasiya yayan mənbələr çox fəallaşır...”

14 hərbçi zabitimizi itirdik. Çox ağır bir hadisədir. Helikopter qəzası nəticəsində həlak olan hərbçilərimizin ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verir, onlara səbr və təmkin diləyirəm.

Əziz ana və atalar, bacı və qardaşlar, ata itirən övladlar, sizlərin nə çəkdiyinizi, hansı iztirab və sarsıntılar altında yaşadığınızı bilmək o qədər də çətin deyil.

İnanın ki, bu dərdi Azərbaycan xalqı, qəhrəman zabitlərimizin hərbçi yoldaşları sizinlə bölüşür, bərabər yaşayır və göz suyu axıdır.

Adətən belə vəziyyətlərdə ictimai fikrin çaşdırılması məqsədilə dezinofrmasiya yayan mənbələr çox fəallaşır və baş vermiş hadisənin başqa məcraya yönəldilməsi üçün yalan, həqiqəti əks etdirməyən xəbərləri buraxmaqla məşğul olurlar. Helikopter qəzası ilə əlaqədar biz bunun təkrar şahidi oluruq. Mənə belə gəlir ki, ağır hadisənin başlıca səbəblərini aparıb da başqa yerlərə bağlamaq doğru deyildir. Və bununla 14 zabitimizin ailəsində nahaqdan narahatlıq hisslərinin yaradılmasında hansı günaha batdığımızın fərqinə varmalıyıq.

Eldar SABİROĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR