Hələb müxalifətin hədəfində! İranlı general Suriyada öldürüldü! Rusiya qırıcıları kəndləri bombaladı!
Hurriyyet.az "Haber Qlobal" kanalına istinadla xəbər verir ki, Suriyada Heyət Tahrir Əş Şam təşkilatının rəhbərlik elədiyi müxalifət qüvvələri Bəşər Əsəd hökumətini qüvvələrinə qarşı Hələbdə böyük bir əməliyyata başlayıblar.
SURİYA QAN İÇƏRİSİNDƏ
Döyüşlərdə Suriya hökumətinin 39 nəfər əsgəri, 44 nəfər müxalifət döyüşçüsü, 3 uşaq da daxil olmaqla, 100 nəfərə qədər insan həlak olub. Hələbin ətrafındakı 56 kənd və məntəqələr ələ keçirilib.
Hələbə doğru irəliləyən bu əməliyyatda əsas hədəf İdlib Gərginliyi Azaltma Bölgəsinin 2019-cu ildə müəyyənləşdirilmiş sərhədlərinə qayıtmaq üçündür.
Bu sərhədlər 2019-cu ildə Türkiyə, İran və Rusiya arasındakı razılaşma zamanı müəyyənləşdirilib.
Hələb şəhərinin kənar məhəllələrindən 1 km məsafəyə çatmış müxalifətçilər 400 kvadrat kilometrlik sahəni nəzarət altına alıblar.
İRANLI GENERAL ÖLDÜRÜLDÜ
İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandirlərindən olan general Keyumers Purhaşiminin suriyalı müxaliflərin Hələbin qərbinə hücumu zamanı öldürüldüyü bildirilir.
RUS QIRICILARI DİNC SAKİNLƏRİ VURDU
Rusiyaya məxsus hərbi təyyarələrin Suriyanın şimalındakı Hələb vilayətinin qərbində yerləşən Daret İzze və Etraib rayonlarına hücumu zamanı 12 nəfər dinc sakin həlak olub, azı 30 mülki vətəndaş yaralanıb.
Ümumilikdə son günlərdə 10 min nəfərə qədər sakinin qaçqına çevrildiyi bildirilir.
Hürr Tərcüman