Saat:15:21
Haqqımızda

“Hələ də anamın məzarına getməmişəm”

2022-11-22 23:26:00

“Hələ də anamın məzarına getməmişəm”

“Ata ocağı”nın ulduzu, aktrisa Ləman Mərrih sosial media hesabında izləyicilərinin suallarını cavablandırıb.

Ötən aylarda anasını itirən sənətçiyə ünvanlanan ifadələr diqqət çəkib.

“Bu qədər şeyi keçməyin çətinliyini necə aşırsınız” sualına aktrisa “Bir şeylərdən keçmək üçün birinə ehtiyacım olmadığını bilirəm. Hə, çətindir, amma başqa biri bizə kömək edə bilməz. Hər şeyi olduğu kimi qəbul edib, yaşamaq lazımdır – ayıq, könüllü. Zaman öz işini görəcək, hər şey onun sayəsində öz axarına düşəcək”, - deyə, cavab verib.

“Hələ də anamın məzarına getməmişəm”


Həyata baxışının dəyişmədiyini bildirən aktrisa “Baxış bucağım sayəsində bəlkə də bu çətin günlərin öhdəsindən gəlirəm. İçimdə bir səs doğru yolda olduğumu deyir” sözlərini yazıb.

“Hələ də anamın məzarına getməmişəm, amma bilirəm vaxtı gələndə ürəyim əllərimdən tutub, məni ora aparacaq. Özünüzü rahat buraxın”, - deyə, Ləman sualların birini cavablandırarkən bildirib.


“Anası vəfat edən birinə oxşamırsız” sözlərini isə Mərrih belə cavablandırıb:

“Sizcə, anası vəfat edən adam necə görünməlidir? Bütün günü sosial şəbəkələrdə ana haqda paylaşımlar edib, kədərli fotolar yaymalıdır? Sizcə, canlı yayım açıb ağlamaqdır “anası vəfat etmiş kimi” görünmək? Hamımızın beynində qəliblər əmələ gəlib, o qəliblərə uyğun gəlməyəni tənqid edirik, kənarlaşdırırıq. Mənim nə yaşadığımı təxmin belə edə bilməzsiniz, bu, mənim yaramdır, mənə aiddir, məhrəmimdir. Məhrəmi nə üçün ortaya qoymalıyam? Ya da niyə üç-beş təsəlli cümləsi üçün kiməsə pis olduğumu göstərməliyəm? Bir insan ağlamadan da ağrısını yaşaya bilər, üsyan etmədən də. Adamları rahat buraxın, imkan verin, kim necə istəyir, elə də yaşasın!


Hələ bu günə qədər elə şey olmayıb ki, qaçıb kiməsə danışım. Onu da mənə özü öyrətmişdi. Baş verən ən ağır faciələri də, ən böyük sevincləri də içimdə boğmağı və yaşamağı seçmişəm. O qəribə qadın idi, bizi elə böyütmüşdü ki, özü olmayanda çaş-baş qalmayaq, çabalamayaq”.

 

Mənbə: OLAY.Az

 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR