Hələ beləsi olmamışdı - Ərini elə yerdə tutdu ki...

2022-09-08 19:49:00

Hələ beləsi olmamışdı - Ərini elə yerdə tutdu ki...

Hindistanda Syed Nazir adlı kişi evli olduğu halda yenidən evlənmək qərarına gəlib. 

O, həyat yoldaşından boşanmamış yenidən özünə toy etməyə çalışıb. 

Hadisədən xəbər tutan həyat yoldaşı Samri isə polislə gələrək nikahı dayandırıb və ərindən şikayətçi olub. Polisi görüb təşvişə düşən kişi şadlıq sarayının arxa qapısından qaçıb. 

Hadisə ilə bağlı Samrinin qardaşı "Bacım 2019-cu ildə Yeni Zelandiyadan gəldikdən sonra Syedlə evləndi. "Covid-19" karantini zamanı Hindistanda yaşadılar və biz onların bütün xərclərini qarşıladıq. Pulu ödəyə bilməyəndə isə Syed bacımdan ayrılmağa qərar verdi" deyib. 

Aldadılan qadın isə "Mən həkiməm. Hətta pandemiya zamanı həyat yoldaşımın koronavirusa yoluxmuş əmisinin belə qayğısına qaldım. Demək olar ki, bütün həyatımı onlara həsr etdim" deyə ağlayıb. 

Hazırda polis hər yerdə toydan qaçan Syed Naziri axtarır. \\Lent.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058932