Həkimlər insult riskini azaltmağın yollarını AÇIQLADI

2023-09-15 23:57:44

Həkimlər insult riskini azaltmağın yollarını AÇIQLADI

Təkrarlanan insultun qarşısını almaq üçün qan təzyiqinə nəzarət etmək və aktiv həyat tərzi keçirməyə çalışmaq vacibdir. 
Bu barədə Neyrocərrah Artur Vanq vurğulayıb.
Vanqın sözlərinə görə, müntəzəm fiziki fəaliyyət damarlarda xolesterin yığılmasını dayandırır və onların tıxanmasının qarşısını alır. 
Hər hansı bir ürək probleminin qarşısını almaq üçün həkim həftədə beş dəfə ən azı 30 dəqiqə idman etməyi tövsiyə edib. 
"Bu, gəzinti, qaçış, velosiped sürmə, bağçılıq və ya qrup məşqləri ola bilər", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, bu patologiyanın inkişafı üçün risk faktorları artıq çəki, yüksək xolesterin və qan şəkərinin səviyyəsidir. 
"Bir şəxs tibbi müayinəyə məhəl qoymursa, o, bu göstəricilərin aşıldığını heç vaxt bilə bilməz", - Neyrocərrah bildirib.\\Redaktor.Az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.136308