Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…

2022-06-11 15:28:00

Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev? – Bir tenderin gizlinləri…

Bu ilin aprel ayının 24-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nəzarət etdiyi dövlət satınalmalar portalında – “etender.gov.az”-da Təhsil Nazirliyi tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi açıqlanıb. Məlum olub ki, 361 min 80 manat 58 qəpik dəyərində tenderin qalibi “Şərq-Qərb” ASC olub.

Tender müsabiqəsinin nəticəsi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Hətta millət vəkili Etibar Əliyev məsələyə sərt münasibət bildirib. Etibar Əliyev bildirib ki, adı korrupsiyada hallanan şəxslərə böyük məbləğdə vəsait ayırmaq düzgün deyil: “Sabiq AMEA prezidenti Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin sahibi olduğu "Şərq-Qərb" ASC Təhsil Nazirliyinin tenderinin qalibi olub. Təhsil Nazirliyinin 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blankarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınması üçün 361 min manatlıq tenderinin qalibi adıçəkilən şirkəti elan edib.
Təhsil nazirliyinin yanında İctimai Şuranın üzvü kimi bu məsələ məni narahat edir. Adı korrupsiyada və maxinasiyalarda hallanan və fəaliyyəti müvafiq orqanlar tərəfindən yoxlanılan bir nəşriyyata külli miqdarda vəsaitin verilməsi xeyli suallar doğurur. Bu nəşriyyatı tender prosesində iştirak etməyə belə buraxmaq olmazdı. Düşünürəm ki, Təhsil Nazirliyinin rəhbərliyi bu məsələyə aydınlıq gətirəcək.
Fövqəladə hallar nazirinin müavini hansı sifətlə nəşriyyat rəhbəri olur? Bu suala kim cavab verəcək?”

Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov millət vəkilinə cavab verərək deyib: “Millət vəkili Etibar Əliyev “Şərq-Qərb” nəşriyyatının tenderdə qalib gəlməsi ilə bağlı sosial mediada paylaşım edib. Etibar Əliyevə bu məsələni diqqətdə saxladığı üçün təşəkkür edirik. “Şərq-Qərb” ASC-nin Təhsil Nazirliyinin açıq tenderlərində iştirak etməsi və bu tenderlərin birində qalib gəlməsi ilə bağlı nəzərə alınmalıdır ki, tenderlərin keçirilməsi “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. İstənilən hüquqi və ya fiziki şəxs bu qanunun 6.2.-ci maddəsində nəzərdə tutulmuş ixtisas uyğunluğu meyarlarına cavab verirsə, tenderlərdə iştirak edə bilər”.

Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev?

Tender müsabiqəsi mətbuatda və sosial şəbəkələrdə də geniş müzakirə olunub və tənqid edilib.

Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev?

Bu qədər müzakirə və tənqidlərdən sonra İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti haqqında bəhs olunan tender müsabiqəsilə bağlı məlumatı yenidən “etender.gov.az” saytında yayımlayıb. Üstəlik bu dəfə məbləğ 100 dəfə “artırılıb”. Əvvəlki – 29.04.2022-ci ildə açıqlanan məlumatda tenderin məbləği “361 080,58 azn” kimi göstərildiyi halda, bu dəfə - 10.06.2022-ci ildə açıqlanan məlumatda tenderin məbləği “36 108 058 azn” olaraq göstərilib.

Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev?

Haqqında bu qədər tənqidlərin səsləndiyi, millət vəkili və nazirlik rəsmisinin məsələyə münasibət bildirdiyi bir tender müsabiqəsinin yenidən təhrif olunmuş şəkildə dövlət satınalmalar portalında yerləşdirilməsi təsadüf ola bilərmi?
Təxminən bir ay sonra yayımlanan bu məlumatın mətbuat tərəfindən dərhal tirajlanması bunun təsadüf olma ehtimalını azaldır. Ölkənin demək olar ki, əksər aparıcı xəbər saytları məlumatı “Təhsil Nazirliyi 36 milyon manatlıq tender keçirib” başlığı ilə yayımlayıb.

Hədəfdə kimdir: Ramiz Mehdiyev, yoxsa Emin Əmrullayev?

Bir ay əvvəl aparılan müzakirələr zamanı ən çox tənqid olunanlar Təhsil Nazirliyi və onun rəhbərliyi, həmçinin Ramiz Mehdiyev və onun “Şərq-Qərb” ASC-nin əsas səhmdarı olan oğlu – fövqəladə hallar nazirinin müavini, general Teymur Mehdiyev idi.
Görünür kimlərsə bir ay əvvəl aparılan müzakirələri yenidən gündəmə gətirmək niyyətindədir... //yeniavaz.com//


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya