Saat:07:58
Haqqımızda

HƏDDƏN ARTIQ SEVGİ - Şamil yazır

2023-03-26 21:22:00

HƏDDƏN ARTIQ SEVGİ - Şamil yazır

Bu gün Azərbaycan azərkeşlərinin  bəlkədə ən çox sevdikləri iki futbol komandası, "Qarabağ" və "Qalatasaray" üz-üzə gəlir.
Müstəqil olduğu vaxtdan futbol sevgisi dağa-daşa çırpılmış bir millətin üzünü, ikinci dövlətinə tərəfə tutmasında bəs qədər səbəblər var. Özümüzdən bir kar aşmayacagını görüb Türkiyə milli komandası ilə nəfəs alıb, sovetlərin üçüncüsü olub,bu gün dünyanın ilk yüzlüyünə də düşə bilməyən Neftçidənsə,uefanın kubokunu başı üzərinə qaldıran Cim-bomla nəfəs verməyi üstün tutdu futbol azerkeşlərimiz, ta ki vaxtilə əlimizdə olmayan torpaqdan,bir nəticə gözlənilməyən milli çempionatdan çıxan, Avropada, dünyada  hamımızdan çox adından söz etdirən "Qarabağ" futbol komandasına qədər. Müstəqilliyimizin bütün illərində fəxr etməli bir iş görə bilməyən Azərbaycan futbolunda,nə yaxşı ki,bu çətin vəzifəni boynuna götürəcək bir "qurban" tapıldı.

Hər addımında vətəninin,işgal olunmüş torpaqlarının haqq səsini,"bir top və on bir nəfərlik ordusuyla" böyük bir səs küylə,qələbələri ilə eşitdirən Qurbanov və onun komandasının, torpaqlarımızın azad edilməsində də az rolları olmadıgını deməmək, günah olar. Gənclərimizə təkcə futbolu deyil,vətəni sevmək ruhunu, Qarabağçılığı unutmaga qoymayan bu idman fədailərinin etdiklərinə,yalnız və yalnız alqış düşür. Təqvimin bu günü, vahid bir millətin,iki dövlətinin bir ürəyini fəth etmiş  qardaş komandaları, üz-üzə gəlir. Həmdə təbii fəlakət nəticəsində zərər görmüşlərimizə kömək etmək adlı amalda olan, yoldaşlar kimi.Cox bəyəniləsi,azərkeşlik ediləsi addımdır,elə deyilmi!?
Amma məni narahat edən təkcə bir amil var. Bütün sahələrdən fərqli olaraq, bu Iki dövlətin yalnızca futbol meydançasında üz-üzə gəldiyinin bir iki dəfə şahidi olmuşuq. Çox istədiyimizdənmi deyim, əcdadlarımızdan gələn dəli qanlıgımızdan mı,xain əllərin sayəsindəmi deyim bilmirəm,azacıqda olsa, xoşa gəlməyən hadisələrlə də üz-üzə gəlmişik, çox təəsüflər olsun ki.

İndi deməyim budur, nə qədər qardaşlıq görüşü olsada,nə miqdar xeyriyə işi olsada ,pişik balasını istədiyindən yeyər misalı, dünən hava limanından otel otagına qədər ovcumuzda gətirdiyimiz əzizlərimizlə elə oynayaq,onları elə seyr edək,elə sevək,elə əzizləyək ki ,haşa söyləməsindən,azacıqda olsa incitməyək qəlblərini.

ŞAMİL

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR