Həddən artıq isti havalar meşə yanğınlarına səbəb oldu, əhali evlərini tərk edir
2022-06-21 14:03:00

Hurriyyet.az xəbər verir ki, İspaniyada havanın temperaturunun 43 dərəcəni aşması nəticəsində ölkənin şimal bölgələrində son 3 gün ərzində 30-dan artıq meşə yanğını baş verib. Zamora şəhəri, Katoloniya, Araqon, Navarra və Ekstremadura bölgələri başda olmaqla bir çox yerdə meşə yanğınları səbəbindən minlərlə insan evlərini tərk eləməyə məcbur olub.
Zamorra yaxınlığındakı 14 kənddə evlər boşaldılıb. Katoloniyada hələlik nəzarət altına alınması mümkün olmayan yanğınlar 90-dan artıq yaşayış məntəqəsini təhdid edir.
Hürr Tərcüman
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya