Heç yerdə işləməyən şəxsə öləndən sonra dəfn pulu verilməlidir?

2022-08-30 11:55:00

Heç yerdə işləməyən şəxsə öləndən sonra dəfn pulu verilməlidir?

Bəhruz Bayramov: "Qanuna uyğun olaraq, hər bir vətəndaşa dünyasını dəyişdikdən sonra ölüm pulu verilməlidir"

"Hürriyyət"in redaksiyasına müraciət edən vətəndaş bildirir ki, yaxın qohumu 60 yaşında dünyasını dəyişib. Ailəsi dəfn pulu üçün dövlət orqanına müraciət edib. Lakin dövlət orqanından imtina cavabı gəlib. Səbəb isə heç yerdə işləməməsi və pensiya almaması olub. 

Məsələylə bağlı hüquqşünas Bəhruz Bayramovla əlaqə saxladıq. O, "Hürriyyət"ə açıqlamasında qeyd edib ki, qanuna uyğun olaraq, hər bir vətəndaşa dünyasını dəyişdikdən sonra ölüm pulu verilməlidir: "Həmin vətəndaş Sosial Müdafiə Fonduna müraciət etsin. Ordan vətəndaşa doğru cavab veriləcək".

Daha sonra Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdiliylə əlaqə saxladıq. O bildirib ki, ölən vətəndaş heç bir sosial müavinət almayıbsa, həmin şəxsə ölüm pulu düşmür.

Jalə FAMİLQIZI


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.067497