Saat:14:35
Haqqımızda

"Heç kimin maaşı verilməyib" - CÜDO FEDERASİYASINDA İSTEFAYA GÖNDƏRİLƏN MƏŞQÇİ

2021-08-05 14:11:00

Tokioda keçirilən Olimpiya oyunlarında cüdo üzrə milli yığmamızın fiaskoya uğramasından sonra, Federasiyanın vitse-prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında keçirilən iclasda yığmanın məşqçilər heyəti istefaya göndərildi. Aldığımız məlumata görə, ağır məğlubiyyətdən sonra yığmanın baş məşqçisi Ruslan Maşurenko artıq Bakını tərk edib. Baş verənlərlə bağlı elə Ruslan Maşurenkonun köməkçisi,  Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin üzvü, Olimpiya çempionu, hazırda isə cüdo üzrə milli yığmanın  istefaya göndərilən məşqçisi Nazim Hüseynov ilə həmsöhbət olduq:

 - Nazim bəy, pandemiyadan bu günə qədər təlim-məşq toplanışlarından uzaqlaşdırıldığınızı bildirmisiz. Niyə bu günə qədər təlim-məşq toplanışlarında iştirak etməmisiniz?

Yəgin ki, məni məsləhət görmürdülər ki, təlim-məşq toplanışlarında iştirak etməmişəm. Əslində, Ruslan Maşurenkonun da burda əli olub.  Mənimlə bərabər Elxan Məmmədov və digərləri də kənarda qalıb. Bundan əlavə tesdən keçməliydik. Əgər məsləhət görsəydilər, digərləri keçmişdisə biz də tesdən keçə bilərdik. Yəgin ki, məsləhət görməyiblər.

 - Niyə bütün günahların Maşurenkonun üzərində olduğunu deyirsinzi? Axı, Maşurenkoyla bərabər digər köməkçi məşqçilər də olub...

Çünki, Maşurenko heç kimə qulaq asmayıb. Öz bildiyini edib. Uşaqları fasiləsiz məşq etdirib. Pandemiyadan əvvəl yarışlara gedəndə Mehman Sadıqov və Kəramət Hüseynovu Maşurenko aparmaq istəməyib. Nəyə görə sözügedən idmançılar yarışlara aparılmayıb?...Bu idmançılar da yarışlarda iştirak etməliydi. Amma, bu idmançılar federasiya tərəfdən yarışlara aparılandan sonra qalıb gəldilər. Yığmamız mənimlə yarışlara gedəndə medalla qayıdırdılar. Daha sonra Elxan Məmmədov milli komandamıza gəldi. Biz ikinci-üçüncü növ idmançılarla işləyirdik. Əsas komandayla isə Maşurenko işləyirdi. Olimpiya çempionu kimi dəfələrlə müraciət etmişəm ki, məni də yarışlara aparın. Ən azından idmançılara motivasiya verə bilərəm. Dünya çempionatına getməyimlə bağlı xahiş də etmişdim. Lakin, gözləməyimi demişdilər. Əsas məqsəd o idi ki, komandamız olimpiya oyunlarında yaxşı yarışsınlar. Onlar bütün təlim-məşq toplanışlarını keçiblər. Bütün gücü təlim-məşq toplanışlarına sərf etdilər. Lakin, olimpiya oyunlarına yaxın gücləri qalmadı.

 - Sizin dediyinizdən anlaşılan odur ki, Maşurenkonun yığma komandaya baş məşqçi gətirilməsi Federasiya rəhbərəliyi ilə BOK arasında olan gizli anlaşmanın nəticəsidir...

Federasiya tərəfindən bizə bütün şərait yaradılıb. Bunu demək lazımdır. Sadəcə Federasiya rəhbərliyi Maşurenkoya inandılar. Ümid edirdik ki, BOK tərəfindən bizi sıxmayacaqlar. Hədəfimiz olimpiya oyunları idi. Minumum üç medal gözləyirdik. Onun biri də qızıl medal olmalı idi. Biz ilk dəfə olaraq 10 lisenziya gətirmişik. Tarixdə belə bir şey olmayıb. Biz də hər çəkidə lisenziya olduğuna görə, bir lisenziyanı da qızlara  verdik. Ümumi 11 lisenziya oldu.

 - Bizdə olan məlumata görə, Federasiya daxilində maaşlar tamamilə kəsilib. Sizcə, belə kəskin addım atmaq idmançılarımızın federasiyadan uzaqlaşmasına gətirib çıxacaqmı?

Mən inanmıram. Amma, bu idmançılarımız üçün dərs ola bilər. Bəzi məqamlar var ki, onları deməyəcəm. Elmar Qasımovun sosial şəbəkədə pul səpələməsi də adına layiq deyildi. Əslində, o nümunə olmalı idi. Maaşlara qalanda mənim də pulumu kəsiblər. Bu proses hələ də gedir. Mən həm də İcraiyyə Komitəsinin üzvüyəm. Heç kimin maaşı verilməyib. Verilib və ya verilməyəcəyi ilə bağlı isə heç bir məlumat yoxdur. Qərar verilməyib. Deyilənə görə, kəsiləcək. İcraiyyə Komitəsinin üzvü kimi axıra kimi gedəcəm.

 - Cüdo üzrə milli yığmanın Tokio Olimpiya Oyunlarında fiaskoya uğramasında federasiya rəhbərliyini günahkar bilirsizmi?

Mən federasiya rəhbərliyini günahkar saymıram. Çünki, bizim üçün hər cür şərait yaradıblar. Sadəcə, əsas problemim federasiya rəhbərliyinin məni yarışa göndərməməsidir. Bunu da rəhbərliyiə demişəm. Sadıq müəllimin özü də məşqçi kimi gedib. Vitse-prezident kimi ona icazə vermədilər.

 - Nazim bəy, müsahibənizdə qeyd edirsiz ki, Maşurenkoya görə idmançılarımızı Tokioda keçirilən Olimpiya oyunlarında sıxmayacaqlar. Sizcə, Federasiya rəhbərliyi ilə BOK arasında pul anlaşmasından söhbət gedibmi?

Xeyr, elə bir şey ola bilməz. Necə gedə bilər ki, biz medalsız qalmışıq. Hər halda  bizə medal lazımıydı. Maşurenko mənim oğlumu da yarışlardan uzaqlaşdırdı. Oğlum gələn il olimpiya oyunlarında sözünü deyəcək. Yəni ki, Ruslan Maşurenko heç kimə qulaq asmırdı. Nə Elxan Məmmədova, nə də mənə qulaq asırdı. Daha sonra Maşurenko idmançılara cəzalar verirdi. Halbuki bağışlamaq olardı. O, Rüfət İsmayılov kimi idmançını məhv elədi. Hazırda Maşurenko milli komandadan uzaqlaşdırılıb. Sadıq müəllim Tokiodan zəng edib ona dedi ki, birbaşa Ukraynaya qayıtsın. Burda Federasiyanın heç bir günahı yoxdur. Hamımız şokdayıq. Halbuki, medal gözləyirdik.

YƏHYA

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR