Heç kimə çılpaq şəklinizi göndərməyin! – Hüquqşünasdan xəbərdarlıq

2022-09-02 22:27:00

Heç kimə çılpaq şəklinizi göndərməyin! – Hüquqşünasdan xəbərdarlıq

“Həyatda ən sevdiyiniz məxluq belə olsa, lap doğma ailə üzvünüz olsa da, heç kəsə əsla və əsla NUDE (çılpaq) şəkil yollamayın”.

Bu xəbərdarlığı sosial şəbəkədə hüquqşünas Fərhad Mehdiyev edib.

O, qeyd edib ki, ağlabatan maksimum açıq görünmə dərəcəsi ancaq çimərlikdəki geyim qədər ola bilər:

“Müayinə üçün həkiminzə belə çılpaq şəkil göndərməyin. Sizə yollayanlara da xəbərdar edin ki, etməsinlər.

Hazırda telefonlara kənardan müdaxilə etmək çox çətin deyil. Daha sonra cinayətkarları axtarıb cəzalandırmağa çalışmaq əvəzinə, onlara belə bir fürsət vermək lazım deyil. Başınız sakit və dinc qalsın.

Başqasının intim şəkillərini yaymaq cinayətdir. Başqası kim olursa olsun. İstisna Jennifer Lopez, Kim Kardaşyan və Mariya Keri təşkil edir”. \\Yeni Sabah

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.063335