Saat:12:37
Haqqımızda

Heç bir qüvvə - nə daxildə, nə də xaricdə... – Şeyx

2022-11-07 16:36:00

Heç bir qüvvə - nə daxildə, nə də xaricdə... – Şeyx

Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil.

Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bu gün QMİ-də Zəfər Gününə həsr olunmuş tədbirdə deyib.

"Heç şübhəsiz ki, azərbaycançılıq məfkurəsinin ayrılmaz tərkib hissəsi olan, müxtəlif etnik və dini mənsubiyyət daşıyıcısı olan Azərbaycan vətəndaşlarının bir ailənin üzvləri kimi mənəvi harmoniya şəraitində yaşamalarını təmin edən multikultural ənənələrimiz sayəsində Azərbaycan dövlətinin qüdrəti sarsılmazdır və qələbələri davamlı olacaq. Heç bir qüvvə - nə daxildə, nə də xaricdə bizim mənəvi birliyimizi pozmağa qadir deyil. Azərbaycan cəmiyyəti, Azərbaycan dindarları hər zaman dövlətçiliyimizin, dövlət rəhbərimizin yanındadırlar və onu dəstəkləyirlər", - QMİ sədri vurğulayıb.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR