Həbsxanadakı uçqunun təfərrüatı: bir nəfər ölüb
2025-06-02 11:34:12

Dünən saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binası uçub
Hurriyyet.az xəbər verir ki, hadisə zamanı bir nəfər məhkum dünyasını dəyişib.
Əldə etdiyimiz məlumata görə hadisə məhkumlar yeməkdə olan zaman baş verib. Bu səbəbdən də itki və xəsarət alanların sayı az olub.
Yaşayış binasının uçmasına səbəb isə istismar müddətinin keçməsi və yararsız vəziyyətdə olması olub.
Musavat.com
