Saat:06:46
Haqqımızda

Həbsxanadakı uçqunda yaralanan məhkum öldü - Adı açıqlandı

2025-06-02 13:36:03

Həbsxanadakı uçqunda yaralanan məhkum öldü - Adı açıqlandı

Dünən saat 13:10-da Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasında dam örtüyünün uçması zamanı xəsarət alan məhbus ölüb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlu aldığı xəsarətlərdən iyunun 2-də həyatını itirib.

Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmayıb.

Faktla bağlı Bakı şəhəri Qaradağ Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.203842