Həbsdəki icra başçısının cəzası azaldıldı

2022-06-08 13:57:00

Həbsdəki icra başçısının cəzası azaldıldı

Ali Məhkəmədə Yevlax Rayon İcra Hakimiyyətinin həbsdə olan sabiq başçısı Qoca Səmədov barəsində olan apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Hurriyyet.az xəbər verir ki, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası 3 ay azaldıraraq 5 il 9 aya endirilib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.

Yenicag.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya