Saat:19:11
Haqqımızda

“Həbs olunurlar, sonra xaricdə şah kimi yaşayırlar” – Sərdar Cəlaloğlu

2025-12-12 16:15:13

“Həbs olunurlar, sonra xaricdə şah kimi yaşayırlar” – Sərdar Cəlaloğlu

Gömrük Komitəsində rüşvətxorluq faktları ilə bağlı yenidən həbslər həyata keçirilir. Bəzilərinə 2 aylıq həbs cəzası verilib. Oxşar hallar 2024-cü ildə də qeydə alınmışdı. Buna baxmayaraq, sistemdə korrupsiyanın qarşısını tam şəkildə almaq mümkün olmur. Komitənin rəhbərliyi dəfələrlə dəyişib, hazırda quruma Şahin Bağırov rəhbərlik edir.

Sizcə, rəhbərlikdə bu dəyişikliklərdən sonra gömrük sistemində hansı real irəliləyişlər müşahidə olunub?

Ölkənin strateji əhəmiyyət daşıyan belə bir qurumunda rüşvətxorluğun köklü şəkildə aradan qaldırılmasının qarşısında əsas maneələr nələrdir?

Mövcud vəziyyətin dəyişməsi üçün hansı institusional islahatlar vacib hesab olunur?

Hurriyyet.az məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu suallarımızı cavablayıb.

“Əslinə baxsan, dövlət idarəçiliyi, sosial nizam subyektiv faktordan daha çox obyektiv şərtlərlə bağlıdır. Yəni, bu gün müəyyən bir rüşvət, korrupsiya, cinayətkarlıq, yaxud da cəmiyyətin maraqlarına zidd fəaliyyət vətəndaşların konkret şəxsiyyət keyfiyyətlərindəm daha çox ictimai nizam, nəzarət, şəffaflıq kimi obyektiv dövlətçilik tərəfləri ilə olmalıdır. Azərbaycanda kimi gətirirsiz gətirin, əgər dövlətçilik qanunları ilə idarə olunmursa, dövlətdə şəffaflıq, nəzarət yoxdursa, eləcə də hesabat, deklarasiya, xərclər üzərində nəzarət yoxdursa, kim gəlir, gəlsin həmin sosial qüsurlar olacaq. Çünki qüsur insanın mahiyyətində var. Quranda da qeyd olunub ki, insana günah və savab işlər görmək üçün istedad verilib. Bu onu göstərir ki, hətta peyğəmbərlər belə günah etmək istedadına malikdir. Sadəcə olaraq elə şərtlər olmalıdır ki, insanların günahetmə qabiliyyəti işə düşməsin. Savab etmək, yaxşı işlər görmək qabiliyyəti inkişaf etsin. Bunun üçün qanunlar düzgün müəyyən olunmalı, konstitusiya işləməlidir. Azərbaycanda ən böyük problem qanunların işləməməsidir. Məşhur nəzəriyyəçi dövlətçilik teoriyası barədə deyir ki, “qanun da qan kimidir, dövlətin qanıdır. Necə ki, bir orqanizmdə qan işləməyəndə orqanizm ölür, eləcə də dövlətdə qanun işləməyəndə dövlət ölü olur. Ölü dövlətdə isə hər cür xəstəliyin baş qaldırması təbiidir.”
Yəni, Azərbaycanda korrupsiyanın dayanmadan inkişaf etməsinin birinci səbəbi qanunların işləməməsidir. İkinci səbəbi nəzarətin olmamasıdır. Üçüncü səbəbi isə verilən cəzaların olduqca yüngül olması və dövlətin oğurlanmış əmlakının geri qaytarılmasının təmin edilməməsidir. Bəzi adamlar düşünülmüş şəkildə, qabaqcadan, planlanmış şəkildə cinayət edib korrupsiya ilə məşğul olurlar. Sonra o pulu xaricə keçirirlər. Qısa müddətdə həbs cəzası alırlar. Sonra həbsdən çıxıb xaricdə şah kimi yaşayırlar. Bütün bunların hamısı bu ölkədə korrupsiyaya qarşı mübarizəni effektsiz edir. Bir şeyi bilmək lazımdır; korrupsiyonerə qarşı yox, korrupsiyaya qarşı mübarizə aparmalıyıq. Birinci hədəfimiz təbii ki, ayrı-ayrı şəxslər də cəzalanmalıdır. Amma dünyanın ən sərt qanunları olan ölkələrdə — İranda, Çində korrupsiyaya görə ölüm cəzası verilir. Yenə də, orada hər gün korrupsiya hadisələri olur. Ancaq bundan da fərqli olaraq elə qanunlar etmək lazımdır ki, korrupsiya edən şəxs vaxtında ifşa olunsun. Bizdə onlar milyardlarla pul oğurladıqdan sonra bilinir. Vaxtında aşkarlanan dövlətə də az ziyan dəyər, həm də dəyən ziyan, asanlıqla geri qaytarila bilər. Biz, dövləti sağlamlaşdırma çalışmalıyıq, adamları yox. Ona görə də effektiv mübarizə getmir. Əksinə korrupsiya çiçəklənir. Bu, yalnız gömrükdə deyil, Dövlət idarələrində, parlamentdə, hər yerdə baş alıb gedir. Bu, qanun və konstitutiyanın gücünü itirməsi ilə bağlıdır.”