Həbs növbəsi Arayikə çatdı - “Ayağını Azərbaycanın səlahiyyət zonasına qoyan kimi...”

“Əslində, Azərbaycan tərəfinin Qarabağda gizlənən terrorçuların istintaqa cəlb edilməsiylə bağlı mövqeyi bundan öncə dəfələrlə ifadə olunub. Şübhəsiz ki, müharibə cinayətləri törədən şəxslər mütləq ədalət məhkəməsinin qarşısında dayanacaqlar”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli Azərbaycan hökumətinin dinc azərbaycanlılara qarşı cinayətlərdə əli olan ermənilərin, o cümlədən separatçı rejimin lideri Arayik Arutyunyanın növbəti perspektivdə həbs edilib-edilməməsi ilə bağlı yaranan müzakirələrə şərh verərkən bildirib.
“Digər bir fakt isə cənab Prezident tərəfindən açıqlanan amnistiyanın tətbiq olunması və prosesin bütövlükdə reinteqrasiyanın tərkib hissəsi kimi dəyərləndirilməsidir. Ermənilərin bu məsələ ilə bağlı mövqeyi hələlik ortalıqda yoxdur.
Məsələnin hüquqi tərəfinə qaldıqda isə Azərbaycan bəlli olduğu kimi müharibə cinayətlərində əli olan şəxslərlə bağlı beynəlxalq axtarış elan edib. Həmin şəxslər Azərbaycanın səlahiyyət zonasında, yaxud Azərbaycan hüquq-mühafizə orqanlarının hazırda nəzarət etdiyi ərazilərdə, habelə Azərbaycanla müvafiq hüquqi sazişləri olan ölkələrin ərazisində olduqları zaman Azərbaycan hərəkət keçəcək və həmin şəxslərin ədalət məhkəməsinə təslim edilməsi istiqamətində addımlar atılacaq”, - analitik bildirib.
Onun sözlərinə görə, bunlar hüquqi proseslərdir və bunun alternativi barəsində ölkəmizin mövqeyi aydındır:
“Əgər kimlərsə bunu təzyiq kimi kontekstindən dəyərləndirirlərsə, yaxud Azərbaycan hansısa təzyiqlərin qarşısında bu məsələ ilə bağlı geriyə addım atacaq, bu, absurd iddialardır və düşünürəm ki, belə iddiaların indiki şəraitdə hər hansı bir əsası yoxdur. Çünki söhbət burada cinayət törətmiş şəxslərdən gedir. Əgər kimlərsə caniləri, etnik təmizləmə və soyqırımı cinayətlərində iştirak edən şəxsləri himayə etmək niyyəti güdürlərsə, bunu Azərbaycan ərazilərində həyata keçirə bilməzlər”.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya