"HDP ən qısa zamanda bağlanmalıdır" - BÖYÜK BİRLİK PARTİYASININ SƏDRİ

2022-12-22 13:02:00

Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici Türkiyə Böyük Millət Məclisində (TBMM) keçirdiyi mətbuat konfransında terror təşkilatı PKK və onun siyasi qanadı olan HDP-nin (Xalqların Demokratik Partiyası) ünvanına sərt ittihamlar səsləndirib.

Hurriyyet.az xəbər verir ki, "HDP ən qısa zamanda bağlanmalı, bu siyasi partiya görünüşlü terror təşkilatı qoluna büdcədən pay verilməsinin qarşısı alınmalıdır" deyən Mustafa Destici qeyd edib ki, terror təşkilatı PKK hər addımında Türkiyəyə qarşı istifadə edilən bir piyada olaraq varlığını davam etdirir.

Terror təşkilatının məskən saldığı bölgələrdə başda narkotik ticarəti və insan qaçaqmalçılığı olmaqla, çox sayda cinayətin baş verdiyini dilə gətirən BBP sədri TBMM-də PKK-nın sinasi qanadı olan HDP-nin varlığına son verilməsinin vacibliyini vurğulayıb: "Hazırda TBMM-də bizim üçün qeyri-qanuni və mənasız olan bir qrup (HDP təmsilçilərini nəzərdə tutur-red.) var. Bu qrupun bəzi bələdiyyələri idarə etməsinə, ictimaiyyətə sızmasına daha nə vaxta qədər icazə veriləcək?"

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.168995