Saat:17:33
Haqqımızda

Hazırlıq tamamlandı: Türk ordusunun son zərbəsi...

2022-08-11 14:42:00

Hazırlıq tamamlandı: Türk ordusunun son zərbəsi...

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusu (SMO) cənub sərhədlərində yaradılmağa çalışılan terror dəhlizinə son və qalıcı zərbə vurmağa hazırlaşır.

Hurriyyet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın “təhlükəsizlik kəmərini birləşdirəcəyik” açıqlaması ilə gözlər yenidən Suriyaya çevrilib. Suriya müharibəsini fürsətə çevirən PKK terror təşkilatı 2012-2016-cı illərdə Suriyanın Türkiyə ilə sərhədinin 550-570 kilometrində nəzarəti ələ keçirib. “Fərat Qalxanı” ilə başlayan əməliyyatlarda terrorçuların işğal xəttinin 60 faizi PKK-dan təmizlənib, təxminən 600 kilometrlik dəhliz təhlükəsiz vəziyyətə gətirilib.

Türkiyə təmas xətti və sərhəddə yerləşdirilən 50 mindən çox silahlı qüvvə ilə yeni əməliyyatın hazırlığını tamamlayıb. Əməliyyatla İdlib də daxil olmaqla, Türkmən dağı-Lazkiyədən Rəs əl-Ayna qədər azad edilən bütün bölgələr bir-birinə bağlanacaq.

Kobanidə (Ayn əl-Ərəb) yerləşən “Müstəqil Kürd Əlaqələri”nin sözçüsü Rədif Mustafa Qamışlı, Yarubiyyə, Dırbəsiyyə və Rimeylandakı PKK terrorçuları arasında parçalanma və çaxnaşmanın olduğunu bildirib. Rədif Mustafa Prezident Ərdoğanın açıqlamasından sonra terror təşkilatının fəallaşdığını və yeni tunellər qazmağa başladığını deyib. O, PKK-PYD terrorçularının heç bir nöqtədə türk ordusuna müqavimət göstərə bilməyəcəyini vurğulayıb.

“Yalnız onları qoruyan güclərin Türkiyəni dayandıracağına inanırlar. Belə anlarda ilk olaraq qapılarını döydükləri yerlərdən biri də Əsəd rejimidir. Rejim də hər dəfə “teatr tamaşası” qurur. Hələlik heç bir nəticə yoxdur”, - Mustafa qeyd edib.

Suriya Tayfalar Şurasının sözçüsü Mudar Həmməd də Ayn əl-Ərəb, Mənbiç, Təl Rıfat və Ayn İsada həyata keçiriləcək əməliyyatın yüz minlərlə suriyalını həyəcanlandırdığını deyib.

O, PKK-PYD-nin nəzarətindəki bölgələrdə yaşayan insanların türk ordusunun yeni əməliyyatlarına xilas yolu kimi baxdıqlarını söyləyib: “Bölgədə 700 mindən çox insanın yeganə ümidi Türkiyə Silahlı Qüvvələri və SMO-nun bu əməliyyatıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR