"Hazırkı şəraitdə ümumdövlət xidmət xərclərinin artırılması deyil, azaldılması doğru qərar olardı" - NEMƏT ƏLİYEV

2021-09-14 16:30:00

"Dağlıq Qarabağ münaqişəsinin "diri tutulması" faktı müdafiə və milli təhlükəsizliyə ayrılan maliyyənin azaldılmasını deyil, artırılmasını vacib edir"

"Hökumət gələn il müdafiə və milli təhlükəsizliyə ayrılan xərcləri 87 milyon manat azaldıb ümumdövlət xidmət xərclərini 101 milyon manat artıracaq. Halbuki Dağlıq Qarabağ münaqişəsinin "diri tutulması" faktı müdafiə və milli təhlükəsizliyə ayrılan maliyyənin azaldılmasını deyil, artırılmasını vacib edir". Hurriyyet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Nemət Əliyev deyib.

İqtisadçı ekspert hesab edir ki, gələn ilin büdcəsində ümumdövlət xidmət xərclərinin artırılması üçün nəzərdə tutulan 101 milyon manatın təyinatını dəyişib müdafiə və təhlükəsizlik məqsədləri üçün istifadə etmək daha məqsədəuyğundur: "Dövlət aparatının gərəksiz dərəcədə şişməsini və səmərəsiz fəaliyyətini gözardı etmək olmaz. Hazırkı şəraitdə ümumdövlət xidmət xərclərinin artırılması deyil, azaldılması doğru qərar olardı".

Nemət Əliyevin sözlərinə görə, mövcud idarəetmə sisteminin təkmilləşdirilməsi hesabına bu yöndəki xərcləmələrə qənaət edilməsinə böyük zərurət yarandığını nəzərə almaq lazımdır.

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az