HAZIRDA RƏQSİN TƏDRİSİNDƏ ÇALIŞMAQDADIR... - Əhsən Rəhmanlı yazır

2022-09-04 12:05:00

HAZIRDA RƏQSİN TƏDRİSİNDƏ ÇALIŞMAQDADIR... - Əhsən Rəhmanlı yazır

Milli rəqs sənətində çalışan əksər sənət adamları Bakı mühitindən yetişib. Buna obyektiv səbəb odur ki, mərkəz şəhərdə özfəaliyyət rəqs ansamblları, dərnəklər və onların bacarıqlı rəhbərləri olmasıdır. Rəqqas və rəqqasələr belə kollektivlərdə yetişərək peşəkar ansambllara yol alıblar. Əlibaba Abdullayev, Əminə Dilbazi və Böyükağa Məmmədovun özfəaliyyət kollekivlərində yeişdirdikləri oğlanlar, qızlar rəqs sevdalı olaraq rəqs sənətinə ömür həsr edib bu sahəyə sədaqətlə xidmət edərək mühüm uğurlara imza atıblar. Onların hər biri ustadlardan öyrəndiklərini, təcrübədən qazandıqlarını özfəaliyyət rəqs ansambllarına gələnlərə həvəs və məhəbbətlə öyrədiblər. Beləliklə, rəqs mütəxəssislərimiz yetişib və bütünlükdə rəqs mədəniyyəti inkişaf edib. Onların hər birinin adlarını qeyd etsək böyük siyahı alınar.

Elçin Yəhyabala oğlu Allahverdiyev 1962-ci il iyunun 23-də Bakıda anadan olub. 1969-1980-ci illərdə H.Cavid adına 132 saylı ümumtəhsil məktəbdə oxuyub. 1968-ci ildə Tibb İşçilərinin Mədəniyyət Evindəki milli rəqslər üzrə dərnəyə üzv olub və Əli Əşaridən sənət qaydalarını əxz edib. Həmin illərdə Y.Qaqarin adına Mərkəzi Pioner və Məktəblilər Sarayında xalq artisti Böyükağa Məmmədovun rəhbərlik etdiyi özfəaliyyət rəqs ansamblında da oynayıb. Onun rəqs sənətində irəliyə atılan addımları burada daha da möhkəmlənib. O, qardaşı Ağaməmməd Allahverdiyevin məsləhəti ilə 1976-cı ildə L.Şmidt adına Maşınqayırma Zavodunun Mədəniyyət və Texnika Sarayında “Coşqun” özfəaliyyət rəqs ansamblına üzv olur, burada xeyli inkişaf tapır və onun ifaları xeyli püxtələşir. Elçinin qardaşı Ağaməmməd bu ansamblın nağara ifaçısı idi. Elçin Allahverdiyev “Coşqun”un tərkibində proqramıın solisti kimi yetişib 1990-cı ilədək Bakının, rayonların və SSRİ-nin müxtəlif yerlərindəki mədəniyyət müəssisələrində çıxış edib. O, Ural bölgəsində, Moskvada, Moldovada, Rumıniyada, Özbəkistanda olduğu qastrol səfərlərini, maraqlı proqramla uğurlu çıxışlarını bu gün də fərəhlə xatırlayıır.

Fotoğraf açıklaması yok.

E.Allahverdiyev 1981-ci ildə peşəkar rəqs ansamblına daxil olub. O, Azərbaycan Dövlət Filarmoniyasına, F.Əmirov adına əməkdar kollektiv Dövlət Mahnı və Rəqs Ansamblına rəqqas götürülüb. 1982-1983-cü illərdə Sovet ordusunda hərbi xidmətdə olub. Ordudan tərxis olunan E.Allahverdiyev doğma iş yerinə qayıdıb və pensiya dövrünə qədər burada çalışıb. Onun pedaqoji fəaliyyəti də səmərəli keçib. Bu işə 1981-ci ildə T.İsmayılov adına Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin “Cücələrim” ansamblında başlayıb. 1994-cü ildən “Səyyah” uşaq rəqs ansamblına, 2013-cü ildən Dövlət Uşaq Filarmoniyasına, “Səma” rəqs ansamblına rəhbərlik edib. O, “Cücələrim”lə Fransada Beynəlxalq Festivalda, “Səyyah”la Bolqarıstan, Hollandiya, Polşa, İsveçrə, Avstriya, Yaponiya, Kipr vəTürkiyədə səfərlərdə olub.

E.Allahverdiyev 2018-ci ildə əməkdar artist fəxri adı ilə təltif olunub. Həmin ildən Bakı Xoreoqrafiya Akademiyasına orta ixtisas (kollec), I-II kurs “Rəqs müəllimliyi”, “Milli rəqs və onun metodikası” üzrə dərs deməyə dəvət olunub. Hazırda da bu tədris müəssisəsində çalışır. Elçinin də ömrü rəqs sənətinə bağlıdır və öndə hələ çox işlər var. Allah ömür versin, uğur olsun.

Əhsən RƏHMANLI

Sənətşnaslıq üzrə fəlsəfə doktoru

Bir 5 kişi, ayakta duran insanlar ve iç mekan görseli olabilir


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058181