Saat:04:50
Haqqımızda

"Hazırda qəbirlər sökülür, avqustun 22-dən Laçın və Zabuxla ƏLAQƏ KƏSİLƏCƏK" - Zöhrabyan

2022-08-13 19:37:00

“Avqustun 25-də isə rəsmi olaraq türklərə təslim olmaq üçün avqustun 22-dən Laçın və Zabuxla əlaqə kəsiləcək”.

Bunu Ermənistanın keçmiş deputatı Naira Zöhrabyan Facebook səhifəsində yazıb. O, Laçın və Zabuxda qanunsuz məskunlaşan ermənilərin hazırda qəbirlərini söküb apardığını “ürək ağrısı” ilə təsvir edib.

“Hazırda Laçın və Zabuxun qəbiristanlıqlarında eksqumasiya işləri aparılır. İnsanlar Qırmızı Xaç və “Arsax” hakimiyyətinin qismən maliyyə dəstəyi ilə öz yaxınlarının məzarlarını qazır, qalıqlarını çıxarır və başqa yaşayış məntəqələrinə köçürürlər.

Məlum olub ki, burada da həlli mümkün olmayan problemlər var. 44 günlük müharibədən sonra Ermənistanda yaşayan Laçın sakinləri də yaxınlarının qalıqlarını Ermənistana köçürməyə çalışırlar, lakin qəbirlər üçün ayrılan ərazilər demək olar ki, yoxdur.

Bu cəhənnəmdir.  Ana-oğul məzarını dağıtmaq və qalıqlarını yük maşınlarında daşımaq lazımdır ki, sabah türk qəbrini dağıdaraq üstünü murdarlamasın.

Avqustun 25-də isə rəsmi olaraq türklərə təslim olmaq üçün avqustun 22-dən Laçın və Zabuxla əlaqə kəsiləcək.

Bu işi təşkil edən orqanlar köçkünlərin daşınmasını təşkil etməyi lazım görmürlər, ekspeditorlar isə həyasızcasına qiymətləri dəfələrlə artırıblar”, – deyə Zöhrabyan yazıb. \\KONKRET.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR