"HAZIRDA ERMƏNİSTAN- AZƏRBAYCAN SƏRHƏDİNDƏ VƏZİYYƏT SABİTDİR" - Müdafiə Nazirliyi (Yenilənib)

2021-07-24 11:18:00

Hazırda Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində vəziyyət sabitdir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, əməliyyat şəraiti Azərbaycan Ordusunun bölmələrinin nəzarəti altındadır.

***

Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər sahəsində atışma hazırda da davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildiriblər.

Qeyd olunub ki, Azərbaycan Ordusun bölmələri cavab atəşi ilə qarşı tərəfi susdurur.

Xatırladaq ki, atışma nəticəsində Azərbaycan ordusunun bir giziri şəhid olub. Ermənistan Müdafiə Nazirliyi “üç əsgərinin yüngül yaralandığını” bildirir.