“Hazırda Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur” - Paşinyan AÇIQLADI

2022-05-25 19:59:00

“Hazırda Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur” - Paşinyan AÇIQLADI

“Hazırda Azərbaycanla sülh danışıqlarının iki formatı müzakirə olunur”.

Bu fikiri Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı bildirib:

“Azərbaycan tərəflərin bir-birinə qarşı ərazi iddiasının olmadığını bəyan edir və bundan danışır. Bizim üçün bu məqbuldur. Çünki bizim üçün Dağlıq Qarabağ ərazi məsələsi deyildi. Bu, hüquq məsələsidir” – Paşinyan vurğulayıb.

“İndi müxalifət nümayəndələri bəyan edirlər ki, münasibətlərin nizamlanması ilə bağlı gündəliyi Qarabağ münaqişəsinin həlli gündəliyindən fərqləndirmək lazımdır. Bu, haqlı fikir və mövqedir. Eyni zamanda müxalifətin bu məsələ ilə bağlı müzakirələrdə iştirakdan imtina etməsinə baxmayaraq, onlar müxtəlif siyasi dairələrlə və “Artsax” rəhbərliyi ilə keçirilir” – Paşinyan fikirlərini tamamlayıb. \\KONKRET.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya