Hazırda Azərbaycan İran ərazisindən kommunikasiyaların çəkilməsi üzərində işləyir - Ayxan Hacızadə
2024-09-12 11:17:56
Azərbaycan XİN-nin sözçüsü Ayxan Hacızadə bildirib ki, hazırda Azərbaycan İran ərazisindən kommunikasiyaların çəkilməsi üzərində işləyir.
Onun sözlərinə görə, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı təhrif edir: “Bu bizdə təəssüf hissi doğurur. Sənədin 9-cu bəndində konkret öhdəliklər var, əgər Ermənistan indiki mövqeyində təkid edirsə, o zaman Azərbaycanın alternativ variantları var. Bunlardan biri də İran üzərindən kommunikasiyalar çəkməkdir, Ermənistan özünütəcrid siyasətini davam etdirirsə, bu, onun öz seçimidir”.
Ülviyyə, Hurriyyet.az