Saat:10:28
Haqqımızda

"Hazırda ABŞ-la münasibətlərdə yaxşı zaman deyil" - S-400 səbəbindən Türkiyəyə davamlı təzyiq qəbuledilməzdir"

2021-09-23 21:10:00

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti vəzifəsinə başladıqdan sonra Cozef Baydenlə münasibətlərin elə də yaxşı olmadığını bəyan edib.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfəri zamanı türkiyəli jurnalistlərə bildirib.

 

"İstəyirəm ki, iki NATO ölkəsi olaraq biz düşmən yox, dost olaq. Amma indiki vəziyyət o qədər də yaxşı deyil. Baş nazir və Prezident kimi təxminən 19 illik fəaliyyətimə əsaslanaraq deyə bilərəm. Əfsuslar olsun ki, ABŞ-la münasibətlərdə yaxşı zaman deyil. Corc Buş, Barak Obama, Donald Trampla yaxşı işlədim, amma Cozef Bayden ilə yaxşı başladığımızı deyə bilmərəm", - Ərdoğan qeyd edib.

 

"Türkiyə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı ABŞ-ın davamlı təzyiqləri ilə razılaşa bilməz, Rusiya ilə müqavilə tamamlanıb və yenidən nəzərdən keçirilməyəcək" - deyə, Ərdoğan ABŞ-a səfəri zamanı türkiyəli jurnalistlərə bildirib.

 

"ABŞ əvvəlcə S-400-ləri bəhanə edərək bizə F-35 satmaması ilə bağlı səhvini düzəltsin. S-400 səbəbindən üzərimizə davamlı təzyiq qəbuledilməzdir, bununla razılaşa bilmərik, geriyə dönüş yoxdur", - Ərdoğan vurğulayıb. \\Report

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR