Hazır şorbalardan istifadə edənlər – DİQQƏT! – MÜTƏXƏSSİS AÇIQLADI

2022-08-29 22:26:00

Hazır şorbalardan istifadə edənlər – DİQQƏT! – MÜTƏXƏSSİS AÇIQLADI

“Marketlərdə satılan hazır şorbaların qida dəyəri aşağı olur. Evdə hazırlanan tərəvəzlə və toyuqla hazırladığımız şorba liflərlə zəngin olur”. Bu sözləri SİA-ya açıqlamasında qida üzrə baş mütəxəssis Ağa Salamov deyib.

 

 

Onun sözlərinə görə, evdə bişirilən şorbalar liflə və və minerallarla zəngin olduğuna görə, orqanizm üçün faydalıdır: “Amma marketlərdə satılan hazır qidalarda bu vitaminlər, mikroelementlər olmadığına orqanizmdə müxtəlif fəsadlara yol aça bilər. Bundan əlavə olaraq hazır şorbalar maddələr mübadiləsində və mədə-bağırsaq sistemində pozuntular əmələ gətirir. Ən azından bu kimi qidaların tərkibində lif olmadığına görə, serotanin hormonunun ifrazının qarşısını alır. Bu da insanlarda ruh düşkünlüyü, işə, oxumağa laqeydlik yaradır. Bu baxımdan düşünürəm ki, xüsusilə valideynlər tənbəlliyin daşını atmalıdırlar. Həmin hazır şorbaların tərkibində trans yağlar var. Bu yağölar ürəkdə pis xolesterinlərin əmələ gəlməsinə səbəb olur. Bu da ürəkdə müəyyən damarların tıxanmasına səbəb olur. Bu səbəbdən bu cür hazır qidalardan uzaq durmalı və ev şəraitində mövsümi meyvə və tərəvəzlərdən hazırlanan qidalara üstünlük vermək lazımdır”.

 

Qida Məsələləri Üzrə Mütəxəssis Ağa Salamov 

Mənbə: Qidaelmi.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061339