Saat:07:18
Haqqımızda

Havanın ən təmiz olduğu ölkə və şəhərlər: Azərbaycanda vəziyyət necədir?

2024-03-19 21:56:55

Havanın ən təmiz olduğu ölkə və şəhərlər: Azərbaycanda vəziyyət necədir?

2023-cü ildə dünya üzrə yalnız 10 ölkə və ərazidə havanı çirkləndirən PM2.5 qlobal sağlamlıq standartlarına cavab verən səviyyələrə malik olub. 

Bu cür məlumatlar İsveçrənin IQAir tədqiqat təşkilatının havanın keyfiyyətinə dair illik hesabatında verilir . 

Ümumilikdə 134 ölkə və 7812 şəhərdə havanın çirklənmə səviyyəsi qiymətləndirilib.

IQAir qeyd edir ki, havanın çirklənməsi bütün dünyada hər 9 ölümdən birinə səbəbdir  və insan sağlamlığı üçün ən əhəmiyyətli ekoloji təhlükədir. Yüksək səviyyədə PM2.5 (hissəciklərin diametri 2,5 mikrona qədər olan atmosfer çirkləndiriciləri) ilə təhrik edilən xəstəliklər arasında astma, xərçəng, insult və ağciyər xəstəlikləri var. 

IQAir, 2023-cü ildə ən təmiz havanın Fransız Polineziyasında olduğunu təxmin edir. Hava həmçinin Mavrikiy, İslandiya, Qrenada, Bermud adaları, Yeni Zelandiya, Avstraliya, Puerto Riko, Estoniya və Finlandiyada da standartlara cavab verir.

IQAir-ə görə ən çirkli havaya malik ölkə Banqladeşdir, burada PM2.5 səviyyələri təhlükəsiz səviyyədən 10 dəfədən çox yüksəkdir.

Azərbaycan orta çirklənmə səviyyəsinə malik ölkələr qrupuna daxildir - ölkəmizdə PM2.5 miqdarı normadan iki dəfə çoxdur. 

Bakı şəhərinin çirklənmə səviyyəsi 18.8-ə (normadan 7,5 dəfə çox) bərabərdir və 7812 şəhər arasında 1279-cu yerdə qərarlaşıb. 

Ən çirkli havaya malik şəhərlər arasında Hindistan aqlomerasiyaları əhəmiyyətli fərqlə üstünlük təşkil edir və onların arasında lider Bequsaraydır ki, burada havadakı PM2.5 tərkibi təhlükəsiz səviyyədən demək olar ki, 25 dəfə yüksəkdir. 2023-cü ildə ən təmiz hava Finlandiyanın üç şəhərində - Sodankülə, Utsjoki və Kuusamoda olub.  \\Qaynarinfo 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR