Havada tozun miqdarı azalıb
2024-09-06 15:25:33
Avtomatik stansiyalardan əldə olunan məlumatlara görə, bir neçə gün ərzində Bakıda və Abşeron yarımadasında, həmçinin Xəzər dənizi sahili boyu ərazilərdə müşahidə olunan tozun konsentrasiyası hazırda norma həddinə düşüb.
Hurriyyet.az apa-ya istinadla xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib:
“Lakin sentyabrın 7-si səhər saatlarından başlayaraq sinoptik vəziyyətlə əlaqədar yenidən ölkə ərazisinə şərq istiqamətindən transsərhəd toz-dumanının daxil olması gözlənilir”.
G.Abbasova qeyd edib ki, tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq iki gün ərzində davam edəcək.