Harsınların qiyamı – Paşinyana qarşı yürüşə çıxdılar

2022-05-07 13:41:00

Harsınların qiyamı – Paşinyana qarşı yürüşə çıxdılar

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, İrəvanda bir neçə yüz nəfər qadın müxalifətin Baş nazir Nikol Paşinyan iqtidarına qarşı etirazlarına qoşulub.

İrəvan küçələrində keçirilən yürüşdə bu səfər ancaq qadınlar iştirak edir. Hüquq-mühafizə orqanlarının əməkdaşları – onların da əksəriyyəti qadınlardır – yürüş iştirakçılarını onlara əngəl olmadan müşayiət edirlər.

Bu gün erməni müxalifəti başqa bir marşrutda da etiraz aksiyaları keçirir – müxalifət  İrəvandan 120 km olan Vanadzor (əsl adı Böyük Qarakilsə) şəhərinə avtoyürüşə başlayıb. Orada da mitinq keçirilməsi gözlənilir

Ermənistanda müxalifət 25 aprel tarixindən kütləvi mitinqlərə başlayıb. Onlar yüzillik tarixi olan erməni dövlətçiliyini itirmək təhlükəsindən qorxurlar.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya