Hararinin “sapiens”lərin başını narkotik və kompüter oyunları ilə qarışdıraraq “xoşbəxt etmək” planı

2022-04-21 13:10:00

Hararinin “sapiens”lərin başını narkotik və kompüter oyunları ilə qarışdıraraq “xoşbəxt etmək” planı

Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, israili yazıçı və tarix elmi üzrə professor Yuval Noy Hararinin “Kovid-19 Böyük sıfırlama” başlığı ilə aparılan bir televiziya verilişindəki açıqlamaları etiraz doğurub. Harari insanları kompüter oyunları və narkotiklərlə manipulyasiya etmək lazım olduğunu söyləyib.

Verilişin aparıcısı belə bir sual verib: “XXI əsrin siyasi və iqtisadi sualı: “Bu qədər çox say sayda insanla nə edəcəyik?” Kitabınızda bunun bir cavabı varmı?”

Harari bu suala belə cavab verib: “Ən azından narkotiklərlə və kompüter oyunları ilə  xoşbəxt və məşğul etməliyik”.

“Sapiens.Bəşəriyyətin Qısa Tarixi”, “Sabahın tarixi” kitablarının müəllifi kimi dünyada məşhurlaşan Hararinin fikrincə, İki yüz ildən sonra imkanlı adamlar kompyuter, smatrfon kimi texnikalar ilə qovuşub yaşamaq imkanı qazanacaqlar. O, bunu biologiyada baş verə biləcək ən böyük təkamül sıçrayışı hesab edir.

Harari  1976-cı ildə, əslən Şərqi Avropadan olan dünyəvi bir yəhüdi ailəsində dünyaya gəlib, Hayfa şəhərində böyüyüb. Qüds universitetində təhsil alıb, 2022-ci ildə Oksfordda doktoranturanı bitirib. Elə həmin il əri fizik İtzik Yahav ilə tanış olub. İsrail qanunları icazə vermədiyi üçün onlar Torontoda evləniblər.

Hürr Tərcüman

İsrailli Profesör Harari: 'İnsanları uyuşturcu ve bilgisayar oyunlarıyla meşgul tutmalıyız'


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya