Saat:09:12
Haqqımızda

"Haqsızlıqlara qarşı dözə bilmirəm, intihar həddinə çatmışam" - ASTARA SAKİNİ QONŞUSUNDAN ŞİKAYƏTÇİDİR

2024-04-24 11:27:13

Astara rayonu, Siyakü kənd sakini Muradov Arif Şahismayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, hədə-qorxulardan təngə gəlib və çarəni intihar etməkdə görür:

“Bildirmək istəyirəm ki, həmkəndlim, Lənkəran rayon polis zabiti, baş leytenant Qurbanov Bəhruz Osmanağa oğlu 2023-cü ilin yay aylarında hərbi qənimət kimi götürürlən, satışı qadağan olunan “QAZ 66” markalı avtomobili yaşadığı evinə gətirərək, fərdi təsərrüfatında istifadə edirdi. Qardaşı Ağahüseynin oğulları Xəyal və Röyal həmin maşının video və şəkillərini şəxsi "Tik-Tok" hesablarına yerləşdirmişdir. Bundan xəbərdar olan Hərbi Prokurorluğun yetkili şəxsləri gəlib satışı qadağan olunan hərbi qənimət avtomobilini Bəhruz Qurbanovun yaşadığı evdən apardılar.

Qurbanovlar ailəsi isə mənim  Hərbi Prokurorluğa şikayət etdiyimi idia edirlər. Odur ki, mütəmadi olaraq mənə və ailə üzvlərimə təzyiq göstərirlər. Bizə deyirlər ki, sizin ucbatınızdan maşını çıxarmağımız üçün polis bizdən pul tələb edir, pulu verin, gedib maşını götürək. Həm polisin adı ilə yalan danışırlar, həm də məni və ailəmi təhdid edirlər.

Mənə qarşı edilən təzyiqlər az imiş kimi, məndən rayon prokurorluğuna şər-böhtan dolu şikayətlər edirlər. Qeyd edimki eyni məzmunlu şər-böhtanları 2015-ci ildə də rayon prokurorluğuna etmişdilər.

Hazırda ailəm və iki azyaşlı övladım təhlükə altındadır. Özüm daha bu haqsızlıqlara qarşı dözə bilmirəm, intihar həddinə çatmışam.

Məsələ ilə bağlı rayon prokurorluğuna müraciət etmişik. Lakin adamları olduğuna görə bizim şikayət lazımsız sayılır. 

Onu da qeyd edim ki, 1986-cı ildən istifadəmizdə olan torpaqda ev tikib, bu günə qədər orda yaşayırıq. Qurbanov Osmanağa bizim yaşadığımız evə öz həyat yoldaşı Qurbanova Həqiqət Yəğnəli qızının adına saxta çıxarış götürüb, bizi məhkəməyə verib. Bizə aid olan torpaq sahəsindəki ayaqyolu və tövlənin sökülməsini tələb edir. Respublikada atamın müraciət etmədiyi orqan qalmayıb, sanki ölkənin prezidenti bunlardır, sözlərini kəsən yoxdur. Evimizdə bir diplomat teleqram bildirişləri və məktublar var.

Səlahiyyətli şəxslərdən, qurumlardan xahiş edirəm, Allah xatirinə, övladlarıma yazığınız gəlsin, onların rahat yaşaması üçün bir köməklik edin.

Onu da qeyd edim ki, 2018-ci ildə Qurbanov Osmanağa İsmayıl oğlu öz evində fəhlə işlətdiyi qadını öyrədərək mənə şər-böhtan atdırdı, nəticədə Astara Rayon Məhkəməsinin qərarı ilə 3 ay həbs etdirdi. Qurbanovların bizə qarşı etmədiyi çirkin əməllər qalmayıb".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.519606