“HANSISA KATİBƏYƏ CAVAB VERMƏYƏCƏM...” - Simonyan Zaxarovanı aşağıladı

2023-09-07 14:52:00

“HANSISA KATİBƏYƏ CAVAB VERMƏYƏCƏM...” - Simonyan Zaxarovanı aşağıladı

Məlum olduğu kimi, son günlər Rusiya XİN sözçüsü Mariya Zaxarova Ermənistan rəhbərliyinin ünvanına tənqid və hətta təhqirlər səsləndirir. Nikol Paşinyanı “pis rəqqas” adlandıran, məsuliyyətsizlikdə günahlandıran Zaxarova Ermənistan parlamentinin sədri Alen Simonyanı da yaddan çıxarmayıb.

Ancaq Simonyanın açıqalmalarını “ədəbsizliyə bənzər bir şey” adlandıran Zaxarova cavabsız qalmayıb.

Hurriyyet.az xəbər verir ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan yerli mətbuata açıqlamasında Mariya Zaxarovanı aşağılayan fikirlər söyləyib: “Hansısa idarənin, hansısa katibəsinə cavab vermək fikrim yoxdur. Fikrimcə, bu, mənim səviyyəm deyil. Bunun üçün Xarici İşlər Nazirliyi var. Qoy cavab versinlər. Hesab etmirəm ki, mən və adı çəkilən orqanın şöbə rəisinin müavini(Mariya Zaxarova-red.) mənimlə eyni səviyyədə olan və söhbət edə biləcəyim adamdır”.

Simonyanın Zaxarovaya çoxdan layiq olduğu belə bir cavab verməsi Ermənistan və Rusiya rəhbərlikləri arasında siyasi gərginliyin pik həddinə çatdığının növbəti göstəricisidir. Görünür, əsl “strateji müttəfiqlərin” münasibətləri belə olmalıdır./AzPolitika.info/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.137432