Hamısı oyundur: Putini yalnız bu dayandıra bilər - Feyqin

2022-04-26 11:22:00

Hamısı oyundur: Putini yalnız bu dayandıra bilər - Feyqin

Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlarda maraqlı deyil, lakin yaxın gələcəkdə aqressiyaya görə böyük problemlərlə üzləşəcək.

Hurriyyet.az xəbər verir ki, bunu rusiyalı hüquq müdafiəçisi Mark Feyqin deyib.

“Əminəm ki, Putin ilk gündən hərbi əməliyyatları dayandırmaq üçün hansısa kompromisləri təmin edəcək danışıqlara getmirdi. Burada “Moskva” kreyseri müəyyən rol oynadı, amma həlledici rolu deyil. Onsuz da Putin prinsipcə güzəştə getmək fikrində deyildi, o məqsədlərinə çatmaq istəyir. Onu yalnız döyüş meydanında məğlubiyyət dayandıra bilər”, - o bildirib.

O, mayın 9-na kimi Putinin böyük problemlərlə üzləşəcəyini proqnozlaşdırıb:

“Düşünürəm ki, biz mayın 9-dan əvvəl və bəlkə də ondan sonra genişmiqyaslı hadisələrin şahidi olacağıq. Hətta aprelin 25-də Bryanskda yanğınlar olub. Başqa hadisələr də olacaq. Ukrayna ilə bütün danışıqlar prosesi Rusiya prezidentinin oyunudur”.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya