Hamilə prodüserin narkotiklə saxlanılmasına keçmiş ərindən REAKSİYA

2022-05-12 19:43:00

Hamilə prodüserin narkotiklə saxlanılmasına keçmiş ərindən REAKSİYA

Xəbər verdiyimiz kimi, prodüser Təranə Səmədova polis əməkdaşları tərəfindən narkotikə görə saxlanılıb. Prodüserin barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı  və 535-ci maddəsi ilə protokollar tərtib edilib və toplanan materiallar baxılması üçün məhkəməyə göndərilib.Qərara əsasən, o, 400 manat məbləğində cərimə edilib.Dünən aparıcı Lalə Azərtaş  da Xəzər TV-də yayımlanan “Təsir dairəsi” verilişində Təranə Səmədovanın yeddi aylıq hamilə olduğunu və həbs olunduğunu deyib.



“Sherg.az”məsələyə T.Seyidovanın  keçmiş həyat yoldaşı müğənni Kərim Abbasovun münasibətini öyrənmək üçün onunla əlaqə saxlayıb. K.Abbasovun meneceri müğənninin bu haqda danışmaq istəmədiyini bildirib: 
 “Biz artıq belə şeylərdən uzaqlaşmışıq. İndi  onların hər birinin  öz həyatı və işi var . Xahiş edirik bu haqda mediadan bizə heç bir  sual ünvanlanmasın”.

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya