Hamilə arvadını bıçaqladı - Foto
2023-09-13 11:58:21

Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı hamilə qadın bıçaqlanıb.
Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Əliağa Vahid küçəsində A.Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
A.Nərimanovanın anası bildirib ki, hadisə qısqanclıq zəminində baş verib. O, qızının 2 aylıq hamilə olduğunu deyib.
Faktla bağlı araşdırma aparılır.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya