Hamı Siyavuş Novruzovun bu çıxışından danışır - VİDEO

2022-06-18 12:56:00

Hamı Siyavuş Novruzovun bu çıxışından danışır - VİDEO

Milli Məclisin YAP-dan olan deputatı Siyavuş Novruzovun parlamentin dünənki iclasında etdiyi çıxış sosial şəbəkələrdə maraqla qarşılanıb.

Adətən, müxalifətlə bağlı çıxışları ilə gündəmə gələn stajlı YAP-çının bu dəfə Qarabağ qazilərinin probleminə diqqət ayırması sosial şəbəkə iştirakçıları tərəfindən alqışlanıb. 

Deputatın çıxışı ötən gün çoxlu sayda insan tərəfindən paylaşılaraq sosial şəbəkələrdə trendə çevrilib.

Hurriyyet.az xatırladır ki, Siyavuş Novruzov məlum çıxışında Qarabağ qazilərinin üzləşdiyi problemləri dilə gətirib. Qeyd edib ki, bu problemlə aidiyyatı üzrə 4 struktur məşğul olmalıdır: "Müdafiə Nazirliyi, Hərbi çağırış – Səfərbərlik, Əmək Və Əhalinin Sosial Müfadiəsi Nazirliyi, Səhiyyə Nazirliyi. Bir komissiya yaradın, Milli Məclisin Komitəsini də, ictimaiyyətin nümayəndəsini də oraya dəvət edin. Hansı qazilər ki, deyir mənim əlillik dərəcəm var, yoxlansınlar, ictimaiyyətin qarşısında da deyin ki, sən xəstəsən, sənə pensiya düşür, yaxud düşmür. Bir bu cür qlobal işimizin üzərinə bir neçə şəxsə görə niyə kölgə salmalıyıq?! Burada cəmi bir həftəlik iş var. 6-8 aydır bu iş uzanır, biri özünü asır, biri özünü öldürmək istəyir, hansı səbəbdəndirsə, heç o da bilinmir. Dərhal atırlar İcra Hakimiyyətlərinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə. Bunun qarşısı alınmalıdır".

Həmin görüntüləri təqdim edirik:


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya