Saat:07:47
Haqqımızda

“Hakimiyyəti bütün gücü ilə Türkiyəmizin yanında olmağa çağırırıq”

2023-02-07 13:12:00

“Hakimiyyəti bütün gücü ilə Türkiyəmizin yanında olmağa çağırırıq”

ADP Türk Dövlətlər Birliyinin vahid fövqəladə gücünün yaradılmasını təklif etdi

 

Dünən ADP İdarə Heyətinin ölkə gündəmini əhatə edən ictimai-siyasi vəziyyətə dair növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən “Hürriyyət”ə verilən məlumata əsasən, tolantı iştirakçıları ilk növbədə qardaş Türkiyədə böyük insan təlafatı və itkilərlə müşayət olunun zəlzələ ilə bağı hadisəyə münasibət bildirib və dərin hüznlə Türkiyə xalqına başsağlığı ünvanlayıb.

Partiya rəsmiləri baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədi ilə dövlətimizin ilkin yardımlara qoşulmasını, böyük tərkibdən ibarət qardaş ölkəyə xilasedicilərin göndərilməsi, maddi yardımların edilməsi ilə bağlı atdığı təcili addımları təqdir edib və hakimiyyəti bütün gücü ilə Türkiyəmizin yanında olmağa çağırıb. Eyni zamanda baş verən zəlzələnin miqyasını nəzərə alaraq Türk Dövlətlər Birliyinin və beynəlxalq təşkilətların bu işdə fəal iştirak etməsinin vacibliyini diqqətə çatdırıb.

ADP İdarə Heyəti bu cür fövqəladə halların nəticələrinin aradan qaldırılması üçün Türk Dövlətlər Birliyinin vahid fövqəladə gücünün yaradılması istiqamətində təcili tədbirlər görülməsinin vacibliyini bildirib.

İdarə Heyəti həmçinin Suriyada baş verən zəlzələ nəticəsində böyük təlafatlarla bağlı adı çəkilən ölkəyə başsağlığı ünvanlayıb.

İdarə Heyəti son günlər ictimai nəqliyatda qiymətlərin artılması və bundan dolayı ictimai narazılıqlarının artmasına da diqqət çəkib. Qeyd edilib ki, belə kəskin qiymət artımı son vaxtlar bir sıra sektorlar üzrə nisbətən artan vəsaitlərlə ziddiyyət təşkil edir və bu kəskin qiymət artımı önsuz da sosial vəziyyəti dözülməz olan vətəndaşların daha çətin duruma düşməsinə səbəb olacaq. İdarə Heyəti ölkədə bütün sahələr üzrə müşahidə olunan qiymət artımının arxasında korrupsiya, monopoliya, yanlış kadr siyasəti və idarəçiliyin durduğunu qeyd edib və hakimiyyəti əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görməyə, aztəminatlı, sosial ehtiyac içində olan ailələrə yardımlar etməyə, qiymət artımına uyğun əməkhaqlarının yenidən artırılması yönündə təcili addımlar atmağa çağırıb.

İdarə Heyəti “Beynəlxalq İqtisadçı Kəşfiyat bölməsi” adlı beynəlxalq təşkilatın, Azərbaycan da daxil olmaqla, dünya ölkələri üzrə hazırladığı hesabata və bu hesabatda Azərbaycanın demokratik göstəricilərə görə qonşu Gürcüstan və Ermənistandan geridə qalaraq 134-cü yerdə olmasına, eyni zamanda digər beynəlxalq hesabatlarda korrupsiya faktına görə arzuolunmaz yerlərdə qərar tutmasına münasibət bildirib. Qeyd olunub ki, zəngin resurslara, digər qonşu ölkələrlə müqayisədə üstün milli gəlirlərə malik olan, türk-müsəlman şərqinin ilk demokratik ənənəsini özündə yaşadan ölkəmizin əhalisinin iqtisadi göstəricilərinə, demokratik dəyərlərin qorunmasına görə geridə qalması qəbuledilən hal deyil və bu faktlar aradan qaldırılmsı hakimiyyətin prioritetlərinə daxil edilməli, dövlətimizin regionda və dünyada nüfuzu qorunmalıdır.

İdarə Heyəti son vaxtlar Ermənistan rəsmilərinin Qarabağın işğal faktında Rusiya və İranın bu ölkəyə hərbi, maddi, mənəvi yardımları vasitəsi ilə baş tutmasını gündəmə gətirməsinə münasibət bildirib və bu etiraflarda adı çəkilən dövlətlərin ölkəmizə xoş niyyətli olmadığının əksini tapmasını bir daha diqqətə çatdırıb və hakimiyyəti Rusiya və İranla münasibətlərində daha incə, uzaqgörən siyasət izləməyə çağırıb.

İdarə Heyəti son günlər Dövlət Təhlükəsizliyi Xidmətinin İrana casusluq edən şəbəkənin, gizli çətələrin ifşa olunması, məsuliyyətə cəlb edilməsi istiqamətində atdığı addımları yüksək dəyərləndirib və bu tədbirlərin digər bədniyyətli dövlətlərə casusluq edən şəbəkələrin də ifşasına yönəltməyin vacibliyini diqqətə çatdırıb. Eyni zamanda görülən tədbirlər zamanı günahsız vətəndaşlarımızın casus şəbəkəsindən ayırd edilməsi, haqsızlığa məruz qalmaması üçün təhlükəsiz orqanları əməkdaşlarımızın peşəkarlığının bu işdə önəmli rol oynamasına diqqət çəkib.

Hazırladı: KƏNAN

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.256888