Saat:17:34
Haqqımızda

"Hakim Şahin Yusifov ödənilən pulun 4997 manatını oğurlayaraq, oğluma 3 il iş verdi" - ŞİKAYƏT

2025-05-28 13:47:29

Laçın rayon sakini, Feyzullayev Arif Xəlil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

“Mən, Feyzullayev Arif Xəlil oğlu, Laçın rayon sakiniyəm. Oğlum Feyzullayev  Amil  Arif oğlu Təhsil Nazirliyinin 10 saylı Mərkəzi Hesablaşma İdarəsinin Laçın Rayon Təhsil Sektorunda baş mühasibinin müavini  işləyərkən iş  yoldaşı ilə dövlətə 196 888 manat 51 qəpik  ziyan vurmuşdur. Ziyanın 98 232 manat 46 qəpiyi Feyzillayev Amil tərəfindən vurulub.

Lənkəran  Ağır Cinayətlər  Məhkəməsinin  10 fevral 2023 -cü il tarixli,  1(099) 49/2022 nömrəli hökmü ilə vurulan ziyanın könüllü  ödədiyi, bu şəxslərin ilk dəfə cinayət etdiyi nəzərə alınaraq, CM-nin 70-ci   maddəsinə əsasən 3 il sınaq  müddəti müəyyən etməklə şərti cəza tətbiq edilmişdir.

Lakin  dövlət  ittihamçısının  Kassasiya    şikayəti əsasında  Şirvan  Apellyasiya  Məhkəməsinin  22 noyabr 2023-cü il tarixli qərarı ilə  CM-nin  179.3.2 ci maddəsilə hər  birinə 5 il 6 ay həbs cəzası verilmişdir.  Biz verilən cəza ilə razılaşmayaraq, Ali Məhkəməyə kassasiya şikayəti vermişik.

Ali Məhkəmənin Cinayət  Kollegiyasına verilən kassasiya şikayəti hakim Şahin Yusifovun sədrliyi ilə baxılmışdır. Məlum olmuşdur ki, vurulmuş  ziyanın qarşılığında ödənilən 94.000 manatın 52.000 manatını Feyzullayev Amil ödəmişdir.

Hakim Şahin Yisifovun  tələbi ilə, Amilin borcu  98232 manat 46 qəpik olduğu halda, mənim tərəfimdən 312 manat artıq olmaqla  98545 manatı tam ödənildi. Lakin Şahin Yusifov ödənilən pulun 4997 manatını oğurlamış (500  manatı  iş yoldaşınındır), oğluma 3 il iş vermişdir.

Vəkil tərəfindən Ali  Məhkəmənin  Plenumuna verilən əlavə  kassasiya şikayətinə, oğurladığı  pulun üstü açılmasın deyə Şahin Yusifov tərəfindən mane olunmuşdur. Ali Məhkəmənin  sədrinə oğurlanmış pulun   bərpa olunması məqsədi ilə  5 dəfə ərizəylə müraciət etsəm də, şikayətimə baxılmamışdır. Sədrin qəbuluna düşmək üçün 3 dəfə  teleqram vurmuş, 2 dəfə onlayn qaydada müraciət etmiş, 17 fevral 2025-ci ildə  Ağcəbədidən   Bakıya gedərək   rəsmən  qəbuluna  yazılmışam. Sonda, 8 may 2025- ci ildə   məni   Şirvan  şəhərinə  dəvət edərək, sədrin qəbul edəcəyini  bildirmişlər.

Lakin video görüntü ilə məni Ali Məhkəmənin şöbə müdiri  Şahin  Qəhrəmanov qəbul etmişdir. Yenə də müraciətimin heç bir nəticəsi  olmadı.

Məsələ ilə bağlı Prezident İlham Əliyevdən və Birinci vitse-prezident Mehriban xanımdan kömək istəyirəm. Məhkəmələr biz vətəndaşların başına oyun açır. Şikayət edə biləcəyimiz yer yoxdur. Xahiş edirəm nəzərə alın, şikayətimi cavabsız qoymayın".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.174727